Doktorantların nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq edilmiş Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydasının ikinci bəndinin 2.1. yarımbəndinə əsasən fəlsəfə doktoru proqramı üzrə ixtisas fənni və elm sahəsinin ümumelmi əsaslarından əlavə imtahanlarının (minimum və fərq imtahanları) 2022-ci il dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar olaraq 18 oktyabr 2022-ci il tarixindən 10 noyabr 2022-ci il tarixinədək doktorantların (dissertantların) ərizələri qəbul ediləcəkdir.

QEYD: Ərizələrin qəbulu Universitetin Elm şöbəsində həyata keçirilir.