Çində tam təqaüdlə Magistr və PhD dərəcəsi almaq imkanı

Çində tam təqaüdlə Magistr və PhD dərəcəsi almaq imkanı

2022 Çin Hökuməti Təqaüdü



Çinin Şimal-Qərb A&F Universiteti (Northwest A&F University NWAFU) 2022 Çin Hökuməti Təqaüdü əsasında Magistr və PhD dərəcələrini almaq istəyən tələblər üçün qəbul elan edir.

Aşağıda qeyd olunan meyarlara uyğun olan hər bir kəs proqrama müraciət edə bilər:
1. Magistr proqramları üçün müraciət edənlərin yaşı 35-dən aşağı olmalıdır;
2. Fəlsəfə doktoru proqramı üçün müraciət edənlərin yaşı 40-dan aşağı olmalıdır;
3. IELTS-dən minimum ortalama balı 6.0 və ya TOEFL minimum ortalama balı 78 olmalıdır.

Təhsil müddəti və təqaüd haqqında:
- Qeydiyyat ödənişindən, təhsil haqqından və yataqxana ödənişindən azaddır;
- Çində aylıq təqaüd, ambulator tibbi xidmət və hərtərəfli tibbi sığorta;
- Laboratoriya təcrübəsinin və ya təcrübənin universitetdən kənar xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir;
- Magistr tələbələri üçün aylıq təqaüd: 3000 Yuan;
- PhD üçün aylıq təqaüd: 3500 Yuan;
- Təhsil müddəti: magistr proqramları üçün 3 il; PhD üçün 4 ildir;
- Beynəlxalq səyahət xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.

Müraciət üçün son tarix:15 mart 2022.

Əlavə məlumat və müraciət üçün: ird@adau.edu.az

- https://studyinchina.csc.edu.cn/#/register
- https://nwsuaf.17gz.org
- admission@nwafu.edu.cn
- https://en.nwsuaf.edu.cn/admission/degreeprograms_20150513163258830995/degreeprograms1/index.htm
- https://en.nwsuaf.edu.cn/admission/supervisors/index.htm

Çində tam təqaüdlə Magistr və PhD dərəcəsi almaq imkanı