Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun olaraq ADAU-da yay semestri təşkil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli № 348 saylı qərarının 3.4 bəndinə uyğun olaraq ADAU-da yay semestri təşkil olunacaq.

Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla aşağıdakı məqsədlə təşkil olunur:

· akademik borcların ləğv edilməsi;

· müvəffəq qiymət alınmış fənn üzrə qiymətin yüksəldilməsi;

· ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

Müvafiq qaydaların tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fəndən (fənlərdən) yay semestrində iştirak etmək hüququna malikdir.

Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir.

Yay semestrində iştirak etmək istəyən tələbələr ərzə ilə dekanlığa və akademik məsləhətçiyə (tyutora) müraciət etməlidir.