Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları üçün müəssisə və təşkilatlarda vakansiyalar

1. Vakansiya - Aqronom

İş yeri: Azərsun Kənd Təsərrüfatı Məhsulları MMC (Qazax rayonu)

Tələblər:

Sahə üzrə ali təhsil (magistr təhsili üstünlükdür);
Müvafiq sahədə iş təcrübəsi arzu ediləndir;
Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər;
Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər;
Analitik düşünmə bacarığı;
Microsoft Office bilikləri;
İş yeri: Qazax rayonu,
Əmək haqqı: 600azn+ (Təcrübəyə əsasən dəyişəcək)
Qonaqlama üçün şirkət tərəfindən yer veriləcəkdir.

2. Vakansiya - Baytar

İş yeri: Kürdəmir Süd Emalı Zavodu (Padarçöl)

Tələblər:

Sahə üzrə ali təhsil;
Müvafiq sahədə təcrübəsi arzu ediləndir;
Təcrübəsi olmayanlara da iş öyrədiləcəkdir;
Müəssisəyə yaxın ərazidə yaşayan məzunlarımız müraciət edə bilər.

3. Vakansiya: Aqronom

İş yeri: Ağstafa Aqrar Sənaye Kompleksi (Ağstafa ASK)

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq ixtisasının məzunları müraciət edə bilər.

Tələblər:

Ali təhsil;
İxtisası üzrə dərin biliklər;
İT sahəsində bilikli gənclərə üstünlük veriləcəkdir.

4. Vakansiya - Aqronom (Satış bacarığı olan)

İş yeri: İzmir, Türkiyə

Tələblər:

Sahə üzrə ali təhsil;
Sahə üzrə yüksək bilik;
Rus və İngilis dil bilikləri;
Analitik düşünmə bacarığı;
İxtisasına və işinə sevgi.

Əlavə məlumat:

İş yeri: İzmir, Türkiyə
Əmək haqqı: 5500TL
Qonaqlama+Yemək+Sağlıq sığortası şirkət tərəfindən təmin ediləcəkdir.

Qeyd: Müvafiq vakansiyalara müraciət edən şəxslər öz CV formalarını mövzu hissəsində vakansiya adını qeyd etməklə karyera@adau.edu.az elektron ünvanına göndərə bilərlər.


Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları üçün müəssisə və təşkilatlarda vakansiyalar