Azərbaycan Dövlət Aqrar Universitetinə köçürülən tələbələrin nəzərinə!

Digər ali təhsil müəssisələrindən köçürülən tələbələr aşağıda qeyd olunan sənədləri əyani qaydada tədris şöbəsinə və ya tedris@adau.edu.az elektron poçt ünvanına təqdim etməlidirlər:

-şəxsiyyət vəsiqəsi (əsli və surəti)

-transkript (əsli və surəti)

-təhsil aldığı universitetdən təhsil haqqı borcunun olmaması barədə arayış

-oğlanlar üçün hərbi mükəlləfiyyət haqqında sənəd (əsli və surəti)

-tələbə və valideynin əlaqə vasitələri



Sənədlərin qəbulu üçün son tarix: 27 sentyabr 2021

Qeyd. Sənədlərini elektron qaydada təqdim edən tələbələr, daha sonra sənədlərin əslini tədris şöbəsinə təqdim etməlidirlər.