Azərbaycan Dövlət Aqrar Universiteti əsaslı kitabxananın müdiri vəzifəsinə işə qəbul elan edir

Azərbaycan Dövlət Aqrar Universitetinin əsaslı kitabxanası 1929-cu ildən fəaliyyət göstərir. Kitabxana mühəndislik korpusunda yerləşməklə sahəsi 1907 kv.metr, ümumi fondu 643417, kitab fondu 441414 ədəddir. Kitabxananın aqronomluq, baytarlıq təbabəti və zoomühəndislik, aqrotexnologiya fakültələrində, tələbə yataqxanalarında bölmələri mövcuddur.

Minimum vakansiya tələbləri:
1. Müvafiq sahə üzrə iş təcrübəsi
2. Ali təhsil
3. Xarici dil biliyi
4. İnnovasiyalara meyillilik

Vəzifə öhdəlikləri:
• Kitabxananın işini təşkil еdir, kitabxana işçiləri və struktur bölmələrinin işini planlaşdırır, əlaqələndirir və nəzarət edir;
• Daxil olan ədəbiyyatın qəbulunu və kitabxana fondunun uçotunu aparır; kitabxana fondunun və kataloqlarının elmi əsaslarla təşkilini təmin edir;
• İnformasiya daşıyıcılarının saxlanılmasını, sistemləşdirilməsini və yerləşdirilməsini təmin edir, oxuculara göstərilən informasiya-biblioqrafiya və kitabxana xidmətini təkmilləşdirir;
• Kitabxana resursları və istifadə səviyyəsi arasında əlaqəni təmin edir.

Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.

Maraqlanan şəxslər CV-lərini tedris@adau.edu.az ünvanına “kitabxana müdiri” başlığı ilə göndərə bilərlər.