Azərbaycan Dövlət Aqrar Universiteti akademik heyətin işə qəbul müsabiqəsini elan edir

Azərbaycan Dövlət Aqrar Universiteti 2021/2022-ci tədris ili üçün meşəçilik kafedrası üzrə müəllim vəzifəsini tutmaq üçün aşağıdakı tələblərə cavab verən namizədləri işə dəvət edir:

· Sahə üzrə elmi dərəcə (fəlsəfə və ya elmlər doktoru);

· Müasir təlim standartlarına uyğun sillabus və fənn materiallarının hazırlanması bacarıqları;

· Tələbəyönümlü və innovativ təlim metodikası;

· Xarici dil biliyi;

· Kompyuter bilikləri.

Qeyd olunan tələblərə cavab verən namizədlər tərcümeyi hallarını (CV-lərini) mövzu yerinə “Müəllim vəzifəsi” yazmaqla tedris@adau.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 07 dekabr 2021
ÜNVAN: 450, Atatürk prospekti, Gəncə şəhəri, Azərbaycan
Tel:+994222665733
Mob:+994552304989
www.adau.edu.az