Aqrar Universitetdə balıqçılıq və balıq təsərrüfatı, ekologiya, su bioehtiyatları və akvabitkilər ixtisasları üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması layihəsi” çərçivəsində balıqçılıq və balıq təsərrüfatı, ekologiya, su bioehtiyatları və akvabitkilər istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.

Layihənin məqsədi balıqçılıq və balıq təsərrüfatı, ekologiya, su bioehtiyatları və akvabitkilər ixtisasları üzrə orta ixtisas və ya ali təhsil almış, eyni zamanda bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır.

Nəzərə çatdıraq ki, təkmilləşdirmə kursları ödənişsizdir. Bakı şəhəri və ətraf rayonlardan kurslarda iştirak etmək istəyənlər universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar. Təkmilləşdirmə kurslarında tədris onlayn deyil, ənənəvi olmaqla gündə 3 saat keçiriləcəkdir.

Həmçinin kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Müraciət üçün son tarix: 12 sentyabr 2021-ci il
Müraciət üçün linkə daxil olun: https://forms.gle/dJ1d27fqhJWiTSBN6