ADAU tələbələrinin və məzunlarının nəzərinə!

Növbəti TİPx konfransı bu dəfə Gəncə şəhərində keçiriləcək.

Tələbə İnkişaf Platforması (TİP) çərçivəsində təşkil edilən TİPx konfransı bu dəfə Gəncə şəhərində tələbələrin qonağı olacaq.

Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı ilə baş tutacaq.

Ənənəvi olaraq 6-cı dəfə keçiriləcək konfransın bu dəfəki spikerləri tələbələrlə xaricdə təhsil yolları və bunun gətirdiyi fürsətlər, bu fürsətlərin karyeraya və ölkəmizə qatdığı dəyərlər, yolun çətinliyi, imkanları, müsbət tərəfləri barədə hekayələrini paylaşacaqlar.

Konfrans 18 noyabr, saat 14:00-da Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının inzibatı binasında baş tutacaq. Tədbirə Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan tələbələr, yeni məzunlar və gənclər qatıla bilərlər.

Qeydiyyat linki: shorturl.at/eHK38


ADAU tələbələrinin və məzunlarının nəzərinə!