ADAU rektorunun qəbul günü müəyyənləşib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti və digər şəxslər üçün hər həftənin cümə günü saat 16:00-da rektorun qəbul günü keçiriləcək.

Qəbulda iştirak etmək istəyən şəxslər ad, soyad, vəzifə, əlaqə nömrəsini və qəbula müraciət səbəbini aydın və mütləq şəkildə qeyd edərək qebul@adau.edu.az ünvanına qəbulda iştirak edəcəyi həftənin cümə axşamı günü saat 18:00-dan gec olmayaraq göndərməlidir. Əlavə olaraq qəbula gələrkən hökmən şəxsiyyəti təsdiq edən sənədin əslini də özləri ilə gətirmək tələb olunur.

Qeyd olunan tarixdən sonra daxil olan müraciətlər növbəti həftənin qəbul günü üçün nəzərə alınacaq.

Qeyd edək ki, universitet tələbələri istənilən vaxtı rektorun qəbuluna gələ bilərlər.


ADAU rektorunun qəbul günü müəyyənləşib