ADAU-nun Tələbə evində növbəti seminar keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 23 dekabr saat 12:00 da 2 saylı Tələbə evində araşdırmaçı, mütəxəssis Ragnhild Thori tərəfindən “Nizami Gəncəviyə əcnəbilərin gözü ilə baxış, xüsusilə “Leyli və Məcnun”a” mövzusunda seminar keçiriləcək.

Qeyd edək ki, Ragnhild Thori 25 iyun 2021-ci il tarixində ADAU tərəfindən təşkil edilən “Nizami Gəncəvinin əsərlərində ümumbəşəri ideyalar” adlı “Nizami Gəncəvi ili”nə həsr olunmuş xarici və ölkə alimlərinin iştirakı ilə keçirilən onlayn beynəlxalq elmi-praktik konfransda çıxış etmişdir.

ADAU-nun Tələbə evində növbəti seminar keçiriləcək