ADAU-nun sonuncu kurs tələbələrinin nəzərinə!

Yalama Aqropark MMC Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Aqronomluq", "Baytarlıq" və "Zootexniklik" ixtisasının sonuncu kurs tələbələri ilə tələbələrin ödənişli təcrübə proqramlarında iştirakı ilə bağlı görüş keçirəcəkdir.

Görüş 15 - 16 dekabr 2022-ci il tarixlərində Mühəndislik fakültəsində Təcrübə və Karyera Mərkəzinin ofisində, 246 nömrəli otaqda keçiriləcəkdir.

Qeyd: Ətraflı məlumat almaq və müraciət etmək istəyən şəxslər 0222668137 nömrəsi ilə əlaqə saxlaya bilər.