ADAU-nun məzunları üçün növbəti vakansiyalar

1. Vakansiya - Mühəndis-Mexanik AzərPambıq ASK MMC (Şirvan, Azərbaycan)

Əziz məzunlar! "Azərpambıq ASK" MMC-nin Şirvan PEZ filialında mühəndis-mexanik axtarışındadır.

Tələblər:

Kənd təsərrüfatı sahəsində 1 ildən çox müddətə texniki sahə üzrə mühəndis - mexanik vəzifəsində əmək təcrübəsi tələb edilir.
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilmək;
MS Windows, MS Office, İnternet və s. üzrə biliklər.

İşin təsviri:

İş qrafiki: 6 iş günü saat
İş vaxtı saat: 08:00-16:00
İstirahət günü: bazar günü
İş rejimi: Tam ştat
Əmək haqqı: İlkin olaraq 450 manat

2. Vakansiya - İnsan Resursları üzrə mütəxəssis MKT Cotton (İmişli, Neftçala Azərbaycan)

Əziz məzunlar! MKT İstehsalat Kommersiya MMC (MKT Cotton) HR mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Tələblər:

Müvafiq sahə üzrə ali təhsil arzu olunandır;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
AR Əmək Məcəlləsinin əsaslarını bilmək.

İşin təsviri:

Əmək haqqı razılaşma əsasında;
İş qrafiki: Altı günlük iş həftəsi;
İş yeri: İmişli MKT;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

3. Vakansiya - Mikro kreditlər üzrə mütəxəssis (Bank of Baku Gəncə filialı)

Tələblər:

Ali iqtisadi təhsil (yalnız kişi namizədlər müraciət edə bilər)
Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq

İşin təsviri:

İş yeri: Gəncə şəhəri
İş vaxtı: 5 iş günü, 09:00-18:00

4. Vakansiya - Sahə aqronomu Grand-Agro MMC (Bakı şəhəri)

İşin təsviri:

İş yeri: Bakı.ş
Maaş: 1000 — 1500 ₼
Yaş həddi: 24 — 45 yaş
Təhsil: Natamam ali təhsil (bakalavr)
İş rejimi: Tam iş günü (5 gün)

Tələblər:

Sahə üzrə ali təhsil (magistr təhsili üstünlükdür);
Müvafiq sahədə 3 il iş təcrübəsi;
Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər;
Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər;
Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər);
İdarəetmə təcrübəsi;
Analitik düşünmə bacarığı;
Microsoft Excel, 1C bilikləri.

5. Vakansiya - Mühasib operator (Bakı.ş, Bərdə.r və Sabirabad.r)

MKT İstehsalat Kommersiya MMC (MKT Cotton) Mühasib operator vakansiyası üzrə işə qəbul elan edir.

Tələblər:

Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
Kompüter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq);
Mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
MKT proqramlarında işləmək qaydalarını bilmək;
Ezamiyyə və Timesheetlərin sistemə daxil edilməsini bilmək;
Maliyyə sahəsi üzrə analitik təhlil etmə qabiliyyəti.

İşin təsviri:

Əmək haqqı razılaşma əsasında;
İş qrafiki: Altı günlük iş həftəsi;
İş yeri: Bərdə MKT İK MMC;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

QEYD: Müvafiq vakansiyalara müraciət etmək istəyən şəxslər öz CV formalarını mövzu hissəsində vakansiya adı və yerləşdiyi rayonu qeyd etməklə aşağıda qeyd etdiyimiz elektron ünvana göndərə bilər.

Vakansiyalar hal-hazırda aktivdir. Müraciət etməyə tələsin.

E-Poçt: karyera@adau.edu.az


ADAU-nun məzunları üçün növbəti vakansiyalar