ADAU-nun məzunları üçün növbəti vakansiya

1. Vakansiya: Suvarma qurğuları üzrə operator
İş yeri: İmişli (MKT MMC)

Təsvir:
Suvarmaya başlamazdan əvvəl suvarma qurğularının sazlığını yoxlamaq;
Qurğuların su çiləyicilərinin suvarmadan əvvəl təmizliyinə riayət etmək;
Qurğuların əkin sahəsində düzgün istiqamətdə hərəkət etməsinə, sürətinə və təzyiqinə nəzarət etmək;
Nasos stansiyaları üzrə operatorlarla koordinasiyalı işləmək;
Suvarma qurğuları üzrə baş operatorun verdiyi tapşırıqları icra etmək.

Tələblər:
Müvafiq sahə üzrə iş stajı;
Aktiv və işləmək bacarığı olmalı.

2. Vakansiya: Aqronom
İş yeri: Qusar rayonu (Agrarco MMC)

Tələblər:
Sahə üzrə ali təhsil (magistr təhsili üstünlükdür);
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər;
Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər).

3. Vakansiya: Baytar köməkçisi
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu (IDEA)

Tələblər:
Ali təhsil;
İxtisası üzrə yüksək biliklər (İş təcrübəsi arzu ediləndir);
Mərkəzdə it və pişiklərə xidmət göstəriləcəkdir;

İş saatı: 09:00-18:00.
Məvacib: 750+

Əlaqələndirici şəxs:
050 462 22 99 - Taryel həkim

4. Vakansiya adı:
1) Texnoloq (Şərabçı)
2) Laborant (Şərabçı)


İş yeri: Özbəkistan Respublikası.
Rus dili biliyinin olması mütləqdir!

Əziz məzunlar! Özbəkistan Respublikasında fəaliyyətə başlayan milli şirkətimiz Texnoloq (Şərabçı) və Laborant (Şərabçı) vəzifələri üzrə işə qəbul elan edir.

Aylıq maaş: 2000 $ (2000 dollar).
Əlavə olaraq yaşayış yeri və qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

5. Vakansiya adı: Hr mütəxəssis
İş yeri: Gəncə şəhəri (Azərsun).

İş haqqında:
İnsan resursları və kadr kargüzarlığı məsələləri ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi;
Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək

Tələblər:
Ali təhsilli (Menecment, İqtisadiyyat, İnsan Resursları və s. ixtisas üzrə) məzunlar;
İş təcrübəsi tələb olunmur;
Staj müddəti ödənişlidir;
Nahar şirkət tərəfindən təmin edilir:

6. Vakansiya - İT helpdesk (Gəncə şəhəri)

Vəzifə öhdəlikləri:

• Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;

• Noutbuk, kompüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılması və proqram təminatlarının yüklənməsi, yaranan problemlərin aradan qaldırılması;

• Əməliyyat sistemlərinin yazılması;

Tələblər:

• Ali təhsil (texniki təhsil arzu olunandır);
• İT sahəsində 1 ildən artıq iş təcrübəsi (Windows OS);
• Windows 10 ƏS-nin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi;
• Kompüter ehtiyyat hissələrinin əvəz edilməsi;
• Nasazlıqların axtarışı üzrə bacarıqlar;
• Outlook ilə işləmə bacarığı;
• Şəbəkə üzrə başlanğıc biliklər;
• Rus dili bilikləri arzu olunandır;
• İngilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
• Ölkədaxili ezamiyyələrə getmək imkanı;
• Diqqətlilik;
• Ünsiyyət qurma bacarığı;
• İcraedicilik.

İş şəraiti:

• Əmək haqqı razılaşma yolu ilə təyin olunur;
• Karyera yüksəlişi imkanı;
• İş yeri: Gəncə şəhəri

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.

7. Vakansiya adı: "Filial müdiri" və "Mütəxəssis" ( Quba, Hacıqabul və Şəmkir rayonları üzrə )

Vəzifə və öhdəliklər:

- Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;

- Ünsiyyətcil, təşəbbüskar;

- Güclü kommunikasiya bacarıqları;

- Komandada və müştərilərlə işləmək bacarıqları;

- Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;

- İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları.

8.Vakansiya – Xəzinədar (Gəncə və Lənkəran)

Vəzifə və öhdəliklər:

- Pul vəsaitlərinin qəbulu, verilməsi hesabatının düzgün aparılması;
- Gündəlik, həftəlik, aylıq və rüblük hesabatların aparılması.

Tələblər:

Ali təhsil;
Yaş 25-35 arası kişi və ya qadın;
Xəzinədar vəzifəsində işləyən təcrübə minimum – 2 il.

9. Vakansiya – Kredit mütəxəssisi (Bakı və Sumqayıt)

Tələblər:
Yaş 25-32 arası kişi namizədlər;
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) iş təcrübəsi – 3-5 il.

10. Vakansiya – Baş anbardar (Azbadam, Bakı)

Tələblər:
Ali təhsil;
Müvafiq vəzifə üzrə minimum 2 il iş stajı;
MS Office proqramı üzrə təcrübə üstünlükdür;
ERP Proqramı üzrə təcrübə üstünlükdür.

Müraciət etmək üçün: Aqrokadr.az portalına daxil olaraq "İs elanları"bölməsinə keçid edərək müraciət edə bilərsiniz.

11. Vakansiya - Akademik məsləhətçi (Peşə Təhsili üzrə Dövlət Agentliyi)

İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-18:00.
Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
Yalnız Bakı, Bərdə, Qəbələ, Cəlilabad regionları üzrə namizədlər müraciət edə bilərlər.

Nəzərinizə çatdırırq ki, yalnız seçilən namizədlərlə 1 dekabr 2022-ci il tarixinədək əlaqə saxlanılacaqdır.


QEYD: Vakansiyalara müraciət etmək istəyən şəxslər öz CV formalarını mövzu (başlıq) hissəsində vakansiya adı qeyd olunmaqla karyera@adau.edu.az ünvanına göndərə bilər.