ADAU müəllimlər və tələbələr üçün Erasmus+ mübadilə proqramına qəbul elan edir

Türkiyənin Dicle Universitetinə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramında iştirak üçün müəllimlər və tələbələr üçün son müraciət tarixi: 30 noyabr

Aşağıda qeyd olunan meyarlara məxsus tələbələr proqrama müraciət edə bilərlər:
1. Akademik Transkript balı ən az 72 bal olanlar;
2. IELTS ən azı 6.5 bal və ya TOEFL ən azı 79 bal olan tələbələr.

Müəllimlər arasında həmçinin əsas üstünlük İngilis dili biliyi olanlara veriləcəkdir.

Prioritet ixtisas müəllimlər və tələbələr üçün: Bitki mühafizəsi

Yuxarıda qeyd olunan kriteriyalara malik olan tələbələr müvafiq sənədlərini, müəllimlər isə müraciətlərini ird@adau.edu.az mail ünvanına subject (mövzu) hissəsinə DU yazaraq göndərə bilərlər.

Qeyd: proqramda yalnız 1 nəfər müəllim və 1 nəfər tələbə iştirak edə bilər.

ADAU  müəllimlər və tələbələr üçün Erasmus+ mübadilə proqramına qəbul elan edir