ADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə növbəti seminar keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

Proqram çərçivəsində növbəti seminar 12 Aprel 2022-ci il tarixində saat 11:00-da ADAU-nun yeni tədris binasında 431-ci otaqda Ege Universitetinin professoru Harun Yalçın tərəfindən “Qoruyucu torpaq becərilməsi və birbaşa əkin” mövzusunda təşkil olunacaq.

ADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə növbəti seminar keçiriləcək