ADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilib

25 may 2021-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) onlayn formada
“Məzun Yarmarkası-2021” tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin rektoru,
AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, pandemiya sosial-
iqtisadi həyatın bütün sahələrinə, o cümlədən təhsil sektoruna təsir etməsinə baxmayaraq universitet
məzunlarının müvafiq iş yerləri ilə təmin olunması, onların uğurlu karyerası vacib vəzifələrdən biri
kimi daim diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq sayca 13-cü yarmarkanın, “Məzun
Yarmarkası-2021” tədbirinin onlayn formada keçirilməsi qərara alınmışdır. Ölkəmizdə aqrar sahənin
inkişafına dövlət qayğısı sayəsində çoxsaylı iş yerlərinin yaranmasının universitet məzunlarının
layiqli məşğulluğu üçün böyük imkanların yaratdığını qeyd edən rektor cari ildə 1434, o cümlədən
bakalavriat səviyyəsində 1277, magistratura səviyyəsində 157 tələbənin məzun olduğunu
bildirmişdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparat rəhbərinin müavini - İnsan resursları
şöbəsinin müdiri Elvin Paşayev kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini çatdırmaqla
Nazirliyin fəaliyyət istiqamətlərinə, prioritetlərə uyğun olaraq karyera imkanları barədə məlumat
verib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın dövlət
baş baytar müfəttişi Qalib Əbdüləliyev, Azərsun Holding MMC-nin Kənd Təsərrüfatı və Emal
Müəssisələri üzrə İnsan Resursları Departamentinin müdiri Yaşar Savadov, Agro Dairy MMC-nin
İnsan Resursları üzrə Baş mütəxəssisi Fəridə Əsgərzadə, MKT Istehsalat Kommersiya MMC-nin
Təlim və İnkişaf üzrə Meneceri Elnur Axundov, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
Ramal Məmmədov, habelə məzunlardan magistrant Şəhla Yusifova, bakalavriat Orxan Muradzadə,
Ağgül Əhmədova, Nailə Həmidli və başqaları çıxış ediblər.
“Məzun Yarmarkası-2021”-də ümumilikdə iştirak edən 72 müəssisə və təşkilatdan 536 vakant
yer təqdim olunub.Təcrübə və Karyera Mərkəzinin direktoru Gülnaz Əsgərzadə son olaraq mövcud
vakansiyalarla bağlı Cv-lərin həm şirkət, həmdə Karyera Mərkəzinin elektron ünvanına göndərilməsi
və işə qəbul ilə bağlı ətraflı məlumatın Təcrübə və Karyera Mərkəzi tərəfindən icra ediləcəyi
barədə Tələbələrə ümumi məlumat verdi.
Qeyd edək ki, vakansiyaların təqdimi və CV-lərin qəbulu hələ də davam edir.