ADAU-da “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” adlı respublika elmi-praktik konfransı keçirilmişdir

05 May 2022-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” adlı respublika elmi-praktik konfransı keçirilmişdir.

Konfransa təqdim olunan və təşkilat komitəsi tərəfindən seçilən materiallar toplu şəklində dərc olunmuşdur və bu toplu elektron formatda “ADAU-nun elmi əsərləri” jurnalında yerləşdirilmişdir. Aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.

http://journal.adau.edu.az/journals/2022-1.pdf