ADAU-da fəlsəfə doktoru proqramı üzrə doktoranturaya fəlsəfə və ixtisas fənnindən qəbul imtahanları keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas qəbul imtahanları verirlər.

Xarici dil üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 25 və daha yuxarı bal toplamış iddiaçılar Azərbaycan Dövlət Aqrar Universitetində 05 sentyabr 2022-ci il tarixində Fəlsəfə fənnindən, 13 sentyabr 2022-ci il tarixində isə ixtisas fənnindən qəbul imtahanı verəcəklər.

ADAU bütün iddiaçılara uğurlar arzu edir!