ADAU-da Ege Universitetinin professoru Lale Aktaş tərəfindən seminar keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

Proqram çərçivəsində növbəti seminar 29 Mart 2022-ci il tarixində saat 11:00-da ADAU-nun yeni tədris binasında 451-ci otaqda Ege Universitetinin professoru Lale Aktaş tərəfindən “Ege Üniversitesi, Biyoloji bölümü, Bitki Fizyolojisi ve Nanoteknoloji laboratuvarında yürütülen çalışmalara genel bakış” mövzusunda təşkil olunacaq.

ADAU-da Ege Universitetinin professoru Lale Aktaş tərəfindən seminar keçiriləcək