"8 noyabr Zəfər Günü", "9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" və "12 noyabr-Konstitusiya günü"nün qeyd edilməsi barədə ƏMR

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
ƏMR
№600


Gəncə şəhəri
02.11.2021


"8 noyabr Zəfər Günü"nün, "9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü"nün və "12 noyabr-Konstitusiya günü"nün qeyd edilməsi barədə


"8 noyabr Zəfər Günü"nün, "9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü"nün və "12 noyabr-Konstitusiya günü"nün qeyd edilməsi məqsədilə
ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə:

-fakültələrdə "8 noyabr Zəfər Günü"nə həsr olunmuş xüsusi toplantılar keçirilsin, rəsm sərgisi və film nümayiş etdirilsin;

-fakültələrdə "9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" və "12 noyabr-Konstitusiya günü"nə həsr olunmuş tədbirlər, intellektual oyunlar, rəsm sərgisi və film nümayiş etdirilsin;

-2021-ci il noyabrın 5-də universitetin 2 saylı tələbə evində "8 noyabr Zəfər Günü", "9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" və "12 noyabr-Konstitusiya günü"nə həsr olunmuş xüsusi toplantılar keçirilsin və film nümayiş etdirilsin.

2. Əmr "Aqrar mütəxəssis" qəzetində dərc edilsin və Universitetin İnternet səhifəsində yerləşdirilsin.

3.Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

4.Əmrin icrası nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.

Rektor
İbrahim Cəfərov