22 sentyabr 2021-ci il tarixində ADAU-nun nəzdində fəaliyyət göstərən ED 2.42 Birgə dissertasiya şurasında keçiriləcək növbəti iclaslar

22 sentyabr 2021-ci il saat 14:00-da Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Kooperasiya Universitetinin ED 2.42 Birgə dissertasiya şurasında iddiaçı Qalib Nizami oğlu Qafarlının “Azərbaycan Respublikasının ixrac potensialının stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda 5308.01 – “Ümumi iqtisadiyyat” ixtisasında iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının müdafiəsi keçiriləcəkdir.

https://bit.ly/3sioN5g

22 sentyabr 2021-ci il saat 16:00-da Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Kooperasiya Universitetinin ED 2.42 Birgə dissertasiya şurasında iddiaçı Cavahir Cavanşir qızı Allahverdiyevanın “Azərbaycan Respublikasında taxıl məhsulları bazarının inkişaf istiqamətləri” mövzusunda 5312.01– “Sahə iqtisadiyyatı” ixtisasında iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının müdafiəsi keçiriləcəkdir.

https://bit.ly/3k1S8NH