2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
№MİHO/1.2.15-3.1-2022-222


Gəncə şəhəri
27.05.2022 il


2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının
təşkili və keçirilməsi haqqında


Azərbaycan Respublikası Təhsil Nazirinin 19.05.2022-ci il tarixli F-282 nömrəli
əmrinin icrasını təmin etmək məqsədilə


ƏMR EDİRƏM:


1. Azərbaycan Respublikası Təhsil Nazirinin 19.05.2022-ci il tarixli F-282 nömrəli əmri icra üçün qəbul edilsin.

2. 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində 2022-ci il iyun 1-dən iyul 5-dək müddətdə təsdiq olunmuş imtahan qrafikləri əsasında əyani formada keçirilsin.

İmtahanlarda üzrlü səbəbdən iştirak etməyənlər üçün 2022-ci il iyul 7-dən 12-dək həmin fənn üzrə təkrar ödənişsiz imtahan vermək üçün bir dəfə şərait yaradılsın. Nəzərə alınsın ki, bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur.

Əvvəlki illərdə akademik borcu olan tələbələr üçün həmin fənn üzrə kreditin 25% ödəməklə təkrar imtahan 2022-ci il iyun 1-dən iyul 5-dək müddətdə təşkil olunsun. Yaz imtahan sessiyasında qeyri-kafi qiymət almış tələbələr üçün cari semestrdə tədris olunan fənn üzrə kreditin 25% ödəməklə təkrar imtahan 2022-ci il iyul 7-dən 12-dək keçirilsin. Nəzərə alınsın ki, bu imkan tələbənin seçiminə əsasən yalnız 2 fənn üçün yaradılır.

3. Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu test üsulu ilə kompüterdə, şifahi və yazılı formalarda təşkil edilsin.

4. Kafedra müdirləri test suallarını elektron imtahan bazasına (adau.imtahan@gmail.com) təhvil verilməsini təmin etsinlər.

5. İmtahan sessiyasının təşkili və digər zəruri tədbirləri həyata keçirmək məqsədilə aşağıdakı tərkibdə "Qərargah" təsdiq edilsin:

Anar Hətəmov - tədris işləri üzrə prorektor, imtahan rəhbəri və qərargah sədri
Namiq Cəfərov - daxili nəzarət şöbəsinin müdiri
Məhərrəm İsmayılov - aqronomluq fakültəsinin dekanı
Famil Nəsibov - baytarlıq təbabəti fakültəsinin dekanı
Qənbər Abdullayev - zoomühəndislik fakültəsinin dekanı
Xaliq Xəlilov - torpaqşünaslıq və aqrokimya fakültəsinin dekanı
Təvəkgül İslamov - mühəndislik fakültəsinin dekanı
Əfqan Hüseynov - aqrotexnologiya fakültəsinin dekanı
Asəf Qasımov - aqrar iqtisadiyyat fakültəsinin dekanı
Əlöysəd Əsgərov - aqrobiznes və idarəetmə fakültəsinin dekanı
Aqil Mustafayev - magistr hazırlığı mərkəzinin direktoru
Lətif Zeynalov - akademik məsləhətçi (tyutor)

İmtahan sessiyasında daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə "Apellyasiya komissiyası" təsdiq edilsin:

Azad İbrahimov - Elmi işlər üzrə prorektor, sədr
Vüsal Orucov - Həmkarlar İttifaqı Komitəsinin sədri
Bəşir Bağırzadə - daxili nəzarət şöbəsinin mütəxəssisi
Arif Qazıyev - Biologiya kafedrasının müdiri, dosent
Elçin Salahov - maliyyə və iqtisadi nəzəriyyə kedrasının dosenti
Xəsafət Səfərov - kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasının dosenti
Zülfiyyə Allahverdiyeva - qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının dosenti
Turanə Məmmədova - bitki mühafizəsi kafedrasının dosent əvəzi
Aytəkin Bağırova - marketinq kafedrasının baş müəllimi
Könül Quliyeva - anatomiya, patanatomiya və patfiziologiya kafedrasının baş müəllimi
Ceyhun Sadıqov - torpaqşünaslıq kafedrasının assistenti
Elvin Hüseynov - elektrik mühəndisliyi kafedrasının assistenti
Aybəniz Hüseynova - akademik məsləhətçi (tyutor)
Orxan Muradzadə - Tələbə Gənclər Təşkilatının sədri
Cahid Tağızadə - Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Elvin Ağayev - mühasibat uçotu və audit ixtisası IV kurs tələbəsi

Qərargaha və komissiyaya tapşırılsın ki, imtahanlara hazırlıq ərəfəsində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün rektorluğa təkliflər versin. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə 2022-ci il iyul 10-dək rektorluğa təqdim etsin.

6. A. Hətəmova tapşırılsın ki, imtahanların tələb olunan səviyyədə keçirilməsini təmin etsin.

7. Test üsulu formasında kompüterlərlə imtahanların keçirilməsinin təşkili məqsədilə aşağıdakı tərkibdə işçi qrupu təsdiq edilsin:

Ülviyyə Hüseynova - anatomiya, patanatomiya və patfiziologiya kafedrasının laborantı
Təhminə Abbasova - kənd təsərrüfatı texnikası kafedrasının operatoru
İlahə Məmmədova - Yerüstü nəqliyyat vasitələri və texniki servis kafedrasının operatoru
Kəmalə Sadıqova - qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının texniki
Günay Qurbanova - informasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin texniki

8. Tələbələrin yazılı cavabları fakültədə ayrılmış xüsusi auditoriyada dərhal yoxlanılmalı, qiymətləndirilməli, nəticələr cədvəllərə köçürülməli və imtahan qəbul edən gün təhvil verilməlidir.

9. İmtahanlarda mobil telefondan, digər elektron vəsaitlərdən istifadə qadağan edilsin.

10. Kənar şəxslərin (rektorluğun nümayəndələrindən başqa) imtahan keçirilən auditoriyalara daxil olmasına yol verilməsin.

11. Valideyn şurasına, valideynlərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə arzu etdikləri təqdirdə imtahanlarda iştirak etmək üçün şərait yaradılsın.

12. Universitet rektorunun (tədris işləri üzrə prorektorun) icazəsi olmadan imtahanın vaxtını dəyişmək qadağan olunsun.

13. Yazılı imtahanların cavablarını kodlaşdırmaq üçün dekan müavinləri (magistr hazırlığı mərkəzinin direktor müavini) məsuliyyət daşıyırlar.

14. Təqaüd komissiyalarının təqdimatları 2022-ci il iyulun 15-dək rektorluğa təqdim edilsin.

15. Kitabxanaya tapşırılsın ki, 2022-ci il may 25-dən 2022-ci il iyul 5-dək kitabxana və oxu salonunun saat 08:30-dan 19:00-dək xüsusi qrafik əsasında işləməsini təmin etsinlər.

16. Təsərrüfat işləri üzrə prorektor İ.Vəliyevə tapşırılsın ki, auditoriya və laboratoriyaların imtahan sessiyasına hazırlığını, tələbə yeməkxanalarının və tibb məntəqələrin sessiya müddətində fasiləsiz işini təmin etsin.

17. Tədris korpuslarının komendantlarına tapşırılsın ki, sessiya müddətində korpusların mühafizəsi və "Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyi" publik xüsusi şəxs tərəfindən hazırlanmış "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"ə uyğun bütün zəruri işləri həyata keçirsinlər.

18. Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri E,Məmmədova, "Aqrar mütəxəssis" qəzetinin baş redaktoru M.Rzayevə tapşırılsın ki, imtahan sessiyasına hazırlıq və onun gedişi barədə məlumatların kütləvi informasiya vasitələrinin səhifələrində yerləşdirilməsini təmin etsinlər.

19. Fakültə dekanlarına və magistr hazırlığı mərkəzinin direktoruna tapşırılsın ki, əmrlə kafedra müdirlərini, professor - müəllim heyətini və tələbələri tanış etsinlər.

20. Əmr Universitetin internet saytında yerləşdirilsin.

21. Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektor, dosent A.Hətəmova həvalə edilsin.

ƏSAS: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.05.2022-ci il tarixli F-282 nömrəli əmri, tədris şöbəsinin icrası

Rektor
İbrahim Cəfərov