BEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏR

BEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏR

ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrası tədris prosesi ilə yanaşı bir sıra yerli və beynəlxalq layihələrin də iştirakçısıdır.

Kafedra 2001-2003-cü illərdə Dünya Bankının Beynəlxalq Qrant müsabiqəsi çərçivəsində üç layihə icra etmişdir:
1. 2001-2002-ci illərdə “Kənd təsərrüfatı bölməsində müqayisəli üstünlük tədqiqatları və manatın artan dəyərini proqnozlaşdıracaq alternativ siyasətlərin aqrar sahənin subsidiyalaşdırılmasının alternativ mexanizmlərinin təhlili və kənd təsərrüfatı siyasəti çərçivəsinin formalaşdırılması”.

2. “Kənd təsərrüfatı emal sənayesi məhsulları istehsalında müqayisəli üstünlük tədqiqatları və kənd təsərrüfatı emal sənayesinin inkişafına mane olan amillərin təsirinin təhlili”.

3. “Fermer təsərrüfatlarında müxətlif texnoloji variantların tətbiqinin iqtisadi səmərəliliyə təsirinin qiymətləndirilməsi”.
Hər üç layihədə kafedra müdiri, professor M.C.Hüseynov aparıcı mütəxəssis olmuşdur.

4. 2015-2016- cı illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Aqrar istehsal strukturunun diversifikasiyasının iqtisadi əsaslandırılması” mövzusunda ölkədaxili layihə icra edilmişdir. Prof. M.C.Hüseynov həmin layihənin rəhbəri olmuşdur. Layihənin nəticəsi üzrə Elmin İnkişafı fondunun vəsaiti hesabına “Aqrar istehsal strukturunun diversifikasiyası” adlı monoqrafiya nəşr etdirilərək ölkəmizin tədris və elmi tədqiqat institutlarına paylanmışdır.

5. 2015-2018-ci illərdə Maliyyə və iqtisadi nəzəriyyə kafedrası Almaniyanın Folksvagen fondunun maliyyə dəstəyi ilə Almaniyanın Qrayfsvald Universiteti və Gürcüstanın Kənd Təsərrüfatı İnstitutları ilə birgə "Azərbaycan və Gürcüstanda birgə istifadədə olan örüş yerlərində yaranan problemlərin tədqiqi" adlı beynəlxalq layihəni icra etmişdir. Layihənin Azərbaycan üzrə rəhbəri kafedra müdiri, prof. M.C.Hüseynov olmuşdur. Layihənin nəticələri yerli və beynəlxalq nəşrlərdə işıq üzü görmüşdür.

6. 2018-2019-cu illərdə kafedra Gənclər Fondunun elan etdiyi müsabiqədə iştirak edərək “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihənin qalibi olmuş, layihə kafedranın əməkdaşları (C.F.Cəfərov, N.N.Məmmədov) tərəfindən uğurla icra edilmişdir. Kafedranın beynəlxalq əlaqələr üzrə məsul şəxsi C.F.Cəfərov layihənin koordinatoru olmuşdur.


Bundan əlavə kafedra müdiri, prof. M.C.Hüseynovun rəhbərliyi ilə 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi çərçivəsində “Aqrar sahədə innovasiyalı inkişafa dövlət dəstəyi sisteminin təkmilləşdirilməsi”, Türkiyənin Elmi-Tədqiqat və Texnologiya Qurumunun (TÜBİTAK) elan etdiyi qrant müsabiqənin qalibi olaraq “Aqrar informasiya-məsləhət xidmətinin təşkilinin təkmilləşdirilməsi”, Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyinin (BMBF) “İEOÖ və İEÖ-də problemlərin davamlı həlli üçün tərəfdaşlıq-inkişafa dəstək üçün elmi tədqiqat, Orta Asiya və Cənubi Qafqazda elm, tədqiqat və təhsil sahəsində tərəfdaşlıq üçün pilot tədbirlər” qrant müsabiqəsinin “Cənubi Qafqaz Bölgələrində örüş və ictimai münasibət” və Avropanın Erasmus Plus proqramı çərçivəsində “KA2 - Ali təhsil sahəsində potensialın artırılması üzrə innovasiya və qabaqcıl təcrübələrin mübadiləsi üçün əməkdaşlıq” prioriteti mövzusunda Almaniyanın Leypsik Universitetinin müraciət etdiyi “Azərbaycan və Özbəkistan universitetlərində fermerlər üçün aqro-texnoloji innovasiya mərkəzinin yaradılması – AGRICON” adlı layihələrini işləyib təqdim etmişdir. Hər dörd layihə ilkin ekspertizadan keçmişdir.

“Aqrar sektorda davamlılıq prinsipləri əsasında klasterlərin yaradılması üçün innovasiyaların inkişafı“
2018-ci ildə Ukraynanın Poltava Dövlət Aqrar Universiteti ilə birgə Erasmus+ proqramına təqdim olunmuş “Aqrar sektorda davamlılıq prinsipləri əsasında klasterlərin yaradılması üçün innovasiyaların inkişafı ” layihəsi qalib elan olunmuşdur. Layihənin məqsədi universitetlərin potensialının aqro-sənaye klasterlərinin tərkib hissəsi kimi inkişaf etdirilməsi məqsədilə innovasiya mərkəzlərinin yaradılmasıdır.

Tərəfdaşlar: Polşa-Poznan Təbiət Elmləri Universiteti; Avstriya-Federal Aqrar İqtisadiyyat İnstitutu; Avstriya-Vyana Universiteti; İspaniya-Valladolid Universiteti; Macarıstan-Debrecen Universiteti; Fransa-İSLE Assosiasiyası; Moldova Dövlət Universiteti; Moldova-Komrad Dövlət Universiteti; Ukrayna Aqrosvita Elmi-Metodiki Mərkəzi; Ukrayna-Bila Tserkva Milli Aqrar Universiteti; Ukrayna Balıqçılıq Cəmiyyəti;Ukrayna-Poltava Dövlət Aqrar Universiteti; Ukrayna-Lvov Milli Aqrar Universiteti; Ukrayna Mərkəzi Milli Texniki Universiteti; Ukrayna Düzən Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu; Ukrayna-“Kiyev Mohyla Akademi” Milli Universiteti və Klaster Ərzaq Vadisi; Azərbaycan Memarlıq və İnşaat Universiteti; Azərbaycan Dövlət Aqrar Universiteti. Gözlənilən nəticələr: Aqrosənaye klasterlərinin fəaliyyəti üçün innovasiya mərkəzi qurulacaq, magistratura və doktorantura səviyyələrində tədqiqat işlərinin mövzularının sahibkarların tələblərinə uyğunlaşdırılması, modulların hazırlanması.

“Kəhriz” Layihəsi
Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı
Müqavilənin qüvvədə olma tarixi: 15 İyul 2019 – 21 İyul 2021
Müqavilənin bağlandığı təşkilat: BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı
Müqavilənin məqsədi: Köçkünlər olan ərazidə əhalinin su təminatını yaxşılaşdırmaq üçün kəhriz sisteminin tikintisi, bərpası və təmiri üzrə kəhriz tədqiqat informasiya mərkəzinin yaradılması.
BEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏR
BEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏR

BEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏR“Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa ali təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması” - NİZAMİ layihəsi

Monpelier Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq müqaviləsinə əsasən, Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət İcra Agentliyi (EACEA) Ali Təhsil Sahəsində Bacarıqların Artırılması (Key Action 2) üzrə Erasmus+ proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa ali təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması” - NİZAMİ layihəsi.

BEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏRBEYNƏLXALQ ƏLAQƏLƏR - LAYİHƏLƏR

Nizami Layihəsi- Avropa universitetləri ilə mübadilə təşkil edərək, Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması, uyğunlaşdırılması və inkişaf etdirilməsinə uyğun olaraq PhD-nin mükəmməlliyinin artırılması, ali təhsil müəssisələrinin beynəlmiləlləşməsinin inkişaf etdirilməsi, Azərbaycanı yüksək keyfiyyətli doktorantura təhsili ilə təmin etmək (tədqiqat, innovasiya və təhsil əlaqələri vasitəsilə), NİZAMİ layihəsi vasitəsilə ali təhsil müəssisələri arasında əməkdaşlığı möhkəmləndirmək və Azərbaycan doktorantura təhsilini avropada təşviq etməkdən ibarətdir.


İnnovasiya və davamlılıq prinsipləri əsasında klasterlərin inkişafında universitetlərin iştirakının potensialının artırılması
2019-ci ildə Litvanın Kaunas Tətbiqi Elmlər Universiteti ilə birgə Erasmus+ proqramına təqdim olunmuş “İnnovasiya və davamlılıq prinsipləri əsasında klasterlərin inkişafında universitetlərin iştirakının potensialının artırılması” layihəsi qalib elan olunmuşdur.
Tərəfdaş Universitetlər: Aqrar və Ekologiya Pedaqoji Universiteti- Avstriya, Federal Kənd Təsərrüfatı İqtisadiyyatı, Kənd və Dağ Tədqiqatları İnstitutu – Avstriya, Valladolid Universiteti-İspaniya, Debrecen Universiteti-Macarıstan, Bari Aralıq dənizi Aqronomiya İnstitutu-İtaliya, Poznan Təbiət Elmləri Universiteti-Polşa, Ali və Məktəbəqədər Təhsil Elmi-Metodiki Mərkəzi – Ukrayna, "Ukrayna Qida Vadisi" İctimai Birliyi – Ukrayna, Mərkəzi Ukrayna Milli Texniki Universiteti- Ukrayna, Ukrayna Milli Aqrar Elmlər Akademiyasının Çöl Əkinçiliyi Təsərrüfatı İnstitutu-Ukrayna, Poltava Dövlət Aqrar Universiteti – Ukrayna, "Dobro-Kraft" Təsərrüfatı Müəssisəsi – Ukrayna, Lvov Milli Aqrar Universiteti-Ukrayna, Yavoriv Milli Təbiət Parkı- Ukrayna, Bila Tserkva Milli Aqrar Universiteti-Ukrayna, Komrat Dövlət Universiteti-Moldova, "Fabrica Oloi Pak" MMC-Moldova, Moldova Dövlət Aqrar Universiteti-Moldova, Ticarət şirkəti "Terafix" MMC – Moldova, Azərbaycan Dövlət Aqrar Universiteti - Azərbaycan, “Suliddinoğlu” Kənd Təsərrüfatı ferması- Azərbaycan, Azərbaycan Texniki Universiteti - Azərbaycan.
Sosial şəbəkələrdə paylaş: