Dil kursları

Azərbaycan Dövlət Aqrar Universitetində tələbələr azərbaycan, ingilis və rus dillərində  təhsil alırlar. Orta məktəbdə keçdikləri xarici dil, habelə arzuları nəzərə alınaraq tələbələr xarici dil fənləri üzrə müxtəlif qruplara bölünürlər. Hazırda ingilis,rus və fransız dilləri üzrə qruplarda  tələbələrimiz  biliklərə yiyələnirlər. Qruplar formalaşdırılarkənhər bir tələbənin universitetə qəbul imtahanlarında xarici dil fənnindən topladığı bal da nəzərə alınır.  Tələbələrin xaici dil biliklərinin daha da artırılması onların beynəlxalq mübadilə proqramlarında fəal iştirakına, gələcəkdə uğurlu karyeraya geniş imkanlar yaradır.

Universitetdə təhsil alan tələbələrin xarici dil biliklərinin artırılması məqsədilə rektorluq tərəfindən hər semestr ödənişsiz kurslar təşkil olunur. Təşkil olunan 40-a yaxın qrupda 500-dən çox tələbə xarici dil biliklərinə yiyələnir. Dillər kafedrasının nəzdində fəaliyyət göstərən linqafon kabinələr, kompyuterlər və digər avadanlıqlarla təchiz olunmuş auditoriyalar xarici dilləri yaxşı mənimsəməyə imkan verir.

Ənənəvi olaraq hər il xarici dillərdə keçirilən konfransda tələbələrimiz xarici dil biliklərini nümayiş etdirməklə rektoruluğun mükafatları, hədiyyələri və sertikatları ilə təltif olunurlar.

Dil kurslarında iştirak etmək istəyən tələbələr semestrin balanğıcından bir həftə müddətində dekanlıqda qeydiyyatdan keçməlidirlər.