Alternativ enerji mənbələri üzrə sahə elmi-tədqiqat laboratoriyası

Laboratoriya 2008-ci ildə yaradılmışdır. Laboratoriyanın fəaliyyət istiqamə­tini müəyyənləşdirmək üçün proqram və metodikası işlənmişdir.

Laboratoriyanın yaradılmasında əsas məqsəd respublikamızın müxtəlif təbii-iqlim şəraitinə malik olan bölgələrində mövcud alternativ və bərpa olunan enerji mən­­bə­lərinin potensial imkanlarını öyrənmək və ekoloji cəhətdən təmiz, müxtəlif enerji növlərinin aqrar sahədə tətbiqinə nail olmaqdan ibarətdir.

Laboratoriyada hal-hazırda 3 nəfər fəaliyyət göstərir:

1.Laboratoriya müdiri – Məmmədov Siyasət Zülfiqar oğlu- t.e.n., ADAU-nun professoru və 2 nəfər: biri elmi işçi, digəri isə texnikdir.

Laboratoriyanın fəaliyyət müddəti dövründə Məmmədov Siyasət Zülfiqar oğ­lu və Xəlilov Ramiz Talıb oğlu tərəfindən Alternativ enerji mənbələrindən alı­nan enerji ilə işlədiləcək Kənd Təsərrüfatı Traktorunun Faydalı Modelinə Patent alın­mışdır (F 2010 0003).

Laboratoriyanın rəhbəri Məmmədov S.Z. tərəfindən işlənilmiş “Yuxarı Şir­van kanalı üzərində Su Elektrik Stansiyasının tikilməsi layihəsi kanalların su po­ten­sialı ehtiyatlarından kompleks istifadə üzrə proqrama daxil edilmiş və həmin stansiyanın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən istismara verilməsinin açı­lı­şı olmuşdur.

Məmmədov S.Z. və Hüseynov N.M. tərəfindən Günəş enerji resurslarının təyin olunması üçün metodiki vəsait 2011-ci ildə nəşr etdirilmişdir.

Məmmədov S.Z. və N.Ə.Babayev tərəfindən hazırlanmış “Alternativ Enerji Mənbələri” dərsliyinə AR-nın Təhsil Nazirliyinin 14.06.2011-ci il tarixli 1092 saylı əmri ilə qrif verilmiş və 2012-ci ildə nəşr etdirilmişdir.

2008-2015-ci illər ərzində laboratoriyada aparılan tədqiqatların nəticəsi ola­raq 10 adda elmi məqalə respublika və beynəlxalq elmi konfransların külliyyatında dərc olunmuşdur.

Bunlarla yanaşı Məmmədov S.Z. tərəfindən hazırlanmış iki layihə AR-nın Al­ter­nativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin Elmi-Texniki şurasında müzakirə edilmiş və müvafiq müsbət qərarlar qəbul edilmişdir.

1.”Kənd Təsərrüfatı Traktorunun Faydalı Modeli” layihəsi. (Protokol № 5, 20 fevral 2015-ci il)

2.Daşkəsən rayonu ərazisindəki Qoşqar çayının və Xoşbulaq su anbarının enerji potensialından istifadə layihəsi. (Protokol № 4, 20 noyabr 2014-ci il)

Hal-hazırda laboratoriyada alternativ enerji mənbələrinin dayanıqlı və tələb­edi­cilərin yük qrafiklərinə uyğun elektrik enerji istehsalını təmin edən iş rejiminin ya­radılması üçün alternativ enerji mənbələrindən kompleks istifadənin işlənilməsi istiqamətində tədqiqatlar aparılır.