Xarici ölkələrin ali məktəbləri, aqrar sənaye müəssisələri, elm və təhsil mərkəzləri ilə əlaqələri rəsmiıləşdirən sənədlərin (razılıq məktubu, müqavilə, anlaşma memorandumu və s.) layihəsini hazırlamaq;
Bağlanmış müqavilələrə, sazişlərdə nəzərdə tutulan tədbirlərin icrasına nəzarət etmək məqsədi ilə universitetin müvafiq struktur bölmələrinin fəaliyyəti haqqında məlumat toplamaq;
Elm və təhsil sahələrində keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar, konqreslər, simpoziumlar və digər toplantılar haqqında məlumatlar toplamaq, məlumatları professor müəllim heyətinin nəzərinə çatdırmaq;
Beynəlxalq tədbirlərdə iştirak edəcək və ümumiyyətlə xarici dövlətlərə ezam olunacaq şəxslərin lazımi sənədlərinin (rəsmi dəvət məktubu, müvafiq arayış, viza alma proseduraları və s.) hazırlanmasına nəzarət etmək; Xarci səfərlərdən qayıdan əməkdaşların qısa hesabat vermələrini təmin etmək;
Xarici dövlətlərin universitetlərindən ali məktəblərə mühazirə oxumaq, staj keçmək, elmi-tədqiqat işləri aparmaq, beynəlxalq konqreslərdə, simpoziumlarda iştirak etmık üçün gəlmiş professorların, müəllimlərin, stajkeçənlərin, tələbələrin, yaradıcı kollektivlərin və s. qəbulunun təşkil etmək və qeydiyyatını aparmaq;
Beynəlxalq elmi-praktiki konfransların təşkil olunmasında, beynəlxalq protokol qaydalarına uyğun keçirilən təbdirlərdə (qonaqların qarşılanması, yerləşdirilməsi, qalacağı vaxtın proqramı, müşaiyyət olunması, yola salınması və s.) inovativ təkliflərlə iştirak etmək;
Universitetin əməkdaşlıq etdiyi partnyorlar və eləcə də beynəlxalq arenada vacib sayılan ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar və digər xarici (ölkədaxili həmçinin) qurumlar haqqında lazımi (ünvan, profili, əsas fəaliyyət istiqamətləri və s.) məlumat toplamaq, onlar haqqında məlumat bazası yaratmaq;
Şöbədə aparılan sənədləşmə və məktublaşma işlərinə köməklik göstərmək;
MDB ölkələri və digər ölkələrlə rus dilində aparılan məktublaşma və sənədləşmə işlərini həyata keçirmək; bu ölkələrdə elm və təhsil sahələrində keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar, konqreslər, simpoziumlar və digər toplantılar haqqında məlumatlar toplamaq, məlumatları professor müəllim heyətinin nəzərinə çatdırmaq;
Gördüyü işlər haqqında mütəmadi olaraq şöbə müdirinə məlumat vermək, hesabat hazırlamaq;