İnnovasiya mərkəzi

ADAU İnnovasiya mərkəzi Mühəndislik fakültəsinin dördüncü mərtəbəsində fəaliyyət göstərir. Burada startap ideyaları olan gənclər üçün hər cür şərait var.Yüksək sürətli internetlə təchiz olunmuş 12 noutbuk, printer, ağıllı lövhə və proyektorla təchiz edilmiş mərkəzdə həmçinin innovasiya, təşəbbüskarlıq, startaplar və s. mövzularda dövrü ədəbiyyatlar yerləşdirilmiş, tələbələrin istirahətinin təşkili üçün isə mərkəzin içərisində və dəhlizdə yumşaq mebellər qoyulmuşdur. Burada mütəmadi olaraq təşəbbüskarlıq, innovasiya, startaplar və s. mövzularda təlimlər, diskussiyalar, dəyirmi masalar və video görüşlər keçirilir. Mərkəzə bu günə qədər 4 startap müraciət etmiş və bu startapların müvafiq istiqamətlər üzrə inkubasiya keçməyi üçün şərait yaradılmışdır. Bu startaplar aşağıdakılardır:

1. Biobone

2. Green Doctor

3. E-baytar

4. Kənd təsərrüfatı qeydiyyatı

Mərkəzdə həmçinin universitetdə fəaliyyət göstərən “Startap klubu”nun üzvləri üçün də şərait yaradılmışdır. Xatırladaq ki, mərkəzin fakültələrdə filialları fəaliyyət göstərir və həmçinin rezidentlər üçün tələb olunan bütün maddi-texniki bazadan, laboratoriya və avadanlıqlardan istifadə imkanları mövcuddur.

Əlaqələndirici şəxs:

Fərrux Rəhimov – Tələbə Elmi Cəmiyyətinin sədri.

Tel:+994-55-604-40-67

E-mail: farukrehimov@gmail.com