KEYFİYYƏT TƏMİNATI VƏ STRATEJİ İNKİŞAF ŞÖBƏSİ

Mədinə ABIŞOVA
Şöbə müdiri

Əlaqə telefonu: (+99450) 652 40 48

E-mail: ktis@adau.edu.az
madina.abishova@adau.edu.az

Keyfiyyətə Təminat və Strateji İnkişaf Şöbəsi Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin keyfiyyətinin təmin edilməsi funksiyasını yerinə yetirir, habelə tədrisin səmərəli təşkili və idarə edilməsi işinə dəstək verir.

Şöbənin əsas fəaliyyət istiqamətləri:

- ADAU-nun strateji planının icrasına və hədəflərinin müəyyənləşdirilməsinə nail olmaq;
- ADAU-nun strateji planının icrası üçün struktur vahidlərinin koordinasiyası;
- Şöbənin iş planına uyğun olaraq, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma istiqamətlərində strateji inkişaf və idarəetmədə səmərəliliyin yüksəldilməsinin icrasına nəzarət;
- ADAU-nun struktur bölmələri, professor-müəllim heyəti və təhsilalanlar arasında qarşılıqlı sağlam münasibətin qurulması;
- Tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması və elektron tədrisin təşkilinə nəzarət;
- ADAU-nun professor-müəllim heyətinin və tədrisin fəaliyyətinin qiymətləndirilməsi;
- Təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasının monitorinqi;
- Tədris və təlim prosesində müasir materiallardan, innovativ, yaradıcı və interaktiv metodlardan və təlim texnologiyalarından istifadə edilməsinin monitorinqi;
- Təhsilalanlar və məzunlar prosesə cəlb olunmaqla, təhsil proqramlarının mütəmadi monitorinqi və qiymətləndirilməsini təşkil etmək, nəticələrə əsasən tədrisin təşkili və idarə olunmasının təkmilləşdirilməsinə təkliflər vermək;
- Təhsilalanlar arasında mütəmadi sorğuların keçirilməsi və onların nəticələri əsasında rəy və təkliflərin hazırlanması;
- ADAU-nun məzunları ilə mütəmadi olaraq sorğuların keçirilməsi və onların işlə təmin olunmasının monitorinqi;
- Dərslərinin nəticələrinə görə təhsilalanların biliyinin qiymətləndirilməsinin monitorinqinin keçirilməsi.

Təlimlər

- Ali təhsil müəssiələrində keyfiyyət təminatı
- Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)
- ADAU-da daxili keyfiyyət təminatı sisteminin qurulması
- "Bilik - bacarıq" əsaslı sillabusların hazırlanması
- İSO 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər”
- Azərbaycanda ali təhsil müəssisələrinin xarici keyfiyyət təminatı
- Laboratoriya işlərinin təşkili və qiymətləndirilməsi
- Professor müəllim heyətinin metodiki və pedoqoji bacarıqlarının artırılması üçün tədris metodları (aktiv, passiv və interaktiv) təlimi