ƏSASLI KİTABXANA

Temur MƏMMƏDZADƏ
Direktor

Əlaqə telefonu: (+99422)266 73 54

E-mail: kitab@adau.edu.az

Əsaslı kitabxananın elmi-metodiki təminatı Azərbaycan Milli Kitabxanası və elmi-metodik mərkəz statusuna malik olan Bakı Dövlət Universitetinin Elmi Kitabxanası tərəfindən həyata keçirilir. Əsaslı kitabxana tədris, elmi-tədqiqat və tərbiyə prosesinin informasiya təminatını həyata keçirir, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliği, çap məhsullarını və elektron resursları toplayaraq mühafizəsini, onların sistemli ictimai istifadəsini təmin edir. İşçi və tələbələrin intellektual və mənəvi potensialının inkişafına dəstək olur. Oxucuları ədəbiyyat və informasiya ilə təmin etməklə informasiya daşıyıcılarının seçilməsində onlara kömək göstərir. Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanmasından, qorunaraq gələcək nəsillərə çatdırılmasından,onların oxucular arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnən, müstəqil və yaradıcı düşünən vətəndaşların yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.