İNFORMASİYA TEXNOLOGİYALARI VƏ ELEKTRON QEYDİYYAT ŞÖBƏSİ

Ruslan TAHİROV
Şöbə müdiri

E-mail: ict@adau.edu.az

İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsi Universitetin vahid kompüter şəbəkəsinin, internet səhifəsinin təkmilləşdirilməsi, keyfiyyəti, sürətli və fasiləsiz internet bağlantısının təmin edilməsi işlərini təşkil edir, müasir standartlara uyğun informasiya sistemlərinin yaradılması, tətbiqi və inkişafı sahəsində işləri həyata keçirir, Universitet üzrə informasiya sistemlərinin qurulmasını, etibarlı və davamlı fəaliyyətini, təhlükəsizliyini, işlək vəziyyətdə saxlanılmasını, dövri yenilənməsini, kompüter, server və şəbəkə avadanlığının əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiya edilməsi və işlək vəziyyətdə saxlanmasını təmin edir, bu sahədə nəzarəti həyata keçirir, qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.