HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

HƏMKARLAR İTTİFAQI KOMİTƏSİAzərbaycan Dövlət Aqrar Universitetinin Həmkarlar İttifaqı Komitəsi vahid nizamnamə əsasında 1935-ci ildən hüquqi şəxs kimi fəaliyyət göstərir.
İttifaqın əsas vəzifələri:

-təhsil işçilərinin mənafelərini və həmkarlar ittifaqının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına müraciət etmək;
-təhsil işçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılmasına, üzvlərin sağlamlığının möhkəmləndirilməsinə dair təkliflər vermək;
-məşğulluğa dair dövlət siyasətinin həyata keçirilməsinə kömək etmək;
-kollektiv danışıqlar aparmaq, işəgötürənlər, icra hakimiyyəti orqanları qarşısında öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını müdafiə etmək məqsədi ilə tələblər qoymaq və məhkəməyə müraciət etmək;
-işəgötürən və icra hakimiyyəti orqanları ilə sahələrə aid razılaşmalar əldə etmək; sahə kollektiv sazişləri bağlamaq, kollektiv sazişə, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etmək;
-fərdi əmək mübahisələrinin qanunvericilik çərçivəsində həll olunmasına köməklik etmək, kollektiv əmək mübahisələrinə baxılmasında iştirak etmək;
-üzvlərin sağlamlığının möhkəmləndirilməsinə qayğı göstərərək pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkilində onlara köməklik göstərmək;
-xarici ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə əlaqələr, təcrübə və məlumat mübadiləsini təşkil etmək, ümumrespublika həmkarlar ittifaqı hərəkatının fəaliyyəti barədə ittifaq üzvlərinə məlumat vermək;
-Dövlət orqanlarında, işəgötürənlərin təşkilatlarında, ictimai və siyasi təşkilatlarda öz üzvlərinin qanuni hüquq və mənafelərini müdafiə etmək;
-ətraf mühitə, sağlamlığa təhlükəli təsir göstərən ekoloji faktorların aradan götürülməsinə, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə, ictimai nəzarətin hayata keçirilməsinə kömək etmək;
-üzvlərinin sağlamlığının möhkəmləndirilməsinə qayğı göstərmək, sosial sığortanın səmərəli istifadə olunmasına dair təkliflər vermək, tibb sığortasının, sanator-kurort müalicəsinin, istirahətin, turizmin, bədən tərbiyəsi və idmanın inkişafına yardım etmək;
-həmkarlar ittifaqı təçkilatlarının həmrəyliyini gücləndirmək və inkişaf etdirmək, həmkarlar ittifaqı üzvlərinə pulsuz əmək, sosial və digər uyğun məsələlər üzrə məsləhətlər vermək, maddi yardım göstərmək;
-Qanunvericilik və Konfederasiyanın nizamnaməsi ilə nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qərarlarını yerinə yetirmək;
-işçilərin əmək, peşə, sosial, inkişaf proqramlarının hazırlanmasında və müzakirə olunmasında iştirak.

Həmkarlar ittifaqı təşkilatı bu istiqamətlərdə fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ittifaqın nizamnaməsinə əsasən komissiyalar təşkil edib:
-təşkilatı–kütləvi işlər komissiyası,
-əməyin mühafizəsi komissiyası,
-əməyin mühafizəsi üzrə ictimai müvəkkil,
-mədəni–kütləvi və idman işlər komissiyası,
-əmək intizamı komissiyası,
-əmək və sosial müdafiə komissiyası.


Sədr: b.f.d. dosent Orucov Vüsal Məhərrəm oğlu

Mühasib: Məmmədova Mahirə Firuddin qızı
Məsləhətçi: Cəfərova Günay İlham qızı