BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ ƏCNƏBİ TƏLƏBƏLƏRLƏ İŞ ŞÖBƏSİ

Urfan TAĞIYEV
Şöbə müdiri


Əlaqə telefonu: (+99422) 266 07 26

E-mail: ird@adau.edu.az

Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsi universitetin beynəlxalq əlaqələrinin təşkili və inkişafı istiqamətində fəaliyyət göstərən əsas struktur bölmələrdəndir.

Şöbə aşağıdakıları tətbiq edir:

1. Xarici ölkələrin ali məktəbləri ilə əlaqələr yaratmaq;
2. Universitetin əməkdaşlıq etdiyi partnyorlar, eləcə də beynəlxalq arenada vacib sayılan ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar və digər xarici qurumlar haqqında lazımı məlumat toplamaq;
3. Xarici ölkələrdən mühazirə oxumaq, təcrübə keçmək üçün universitetə gələn professorların, müəllimlərin, tələbələrin, təcrübəçilərin, yaradıcı qrupların və s. qəbulunu təşkil edir və rəsmiləşdirir.
4. Əcnəbi tələbələrin diqqətini universitetdə oxumağa cəlb edir;
5. Universitetin ixtisaslaşmış şöbələri ilə birlikdə xarici tələbələr üçün təlim və təcrübə təşkil edir;
6. Digər universitetlərlə birgə layihələr icra etmək və qrantların araşdırılması.