Azərbaycan Dövlət Aqrar Universitetinin Keyfiyyət, peşə sağlamlığı və təhlükəsizliyi sahəsində siyasəti

Missiyamız:

Universitet qlobal çağırışlara, müasir, innovativ təhsil və tədris infrastrukturuna malik olmaqla, aqrar sahə üzrə təhsil və tədqiqatlar yolu ilə yüksək ixtisaslı mütəxəssislər hazırlamağa və beləliklə də:

- Fermerlərin gəlirlərini artırmağa
- Kənd təsərrüfatında məhsuldarlığı yüksəltməyə
- Ərzaq təhlükəsizliyinə töhfə verməyə çalışır

Strateji baxışımız:

Regionda əmək bazarının tələblərinə cavab verən ən müasir və keyfiyyətli aqrar təhsilin və tədqiqatın mövcud olduğu universitet olaq.

Strateji məqsədlərin əldə edilməsi üçün universitetimiz cari fəaliyyətini aşağıdakı hədəflərin əldə edilməsi istiqamətində qurur:

- Təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin davamlı olaraq təkmilləşdirilməsi;
- Təhsilalanın və onun inkişafına fokuslanma;
- Tədqiqat üçün yaradıcı, təşəbbüskar və beynəlxalq tələblərə cavab verən mühitin formalaşdırılması;
- Beynəlxalq rəqabətliliyin artırılması, maraqlı tərəflərin məmnunluğunun təmin edilməsi;
- Rəqəmsallaşma və innovativ həllərin tətbiqi;
- Təhlükəsiz iş mühitinin təmin edilməsi və əmək şəraitinin yaxşılaşdırılması;
- İnfrastrukturun gücləndirilməsi və dayanıqlılığın təmin edilməsi;
- Sosial məsuliyyət hissinin və ictimai nüfuzun artırılması.

Universitetin işçi heyəti yerinə yetirdikləri işlərin keyfiyyətini, ali rəhbərliyi isə siyasətin icrası üçün uyğun şəraitin yaradılması və zəruri resurslarla təmin edilməsi öhdəliklərini öz üzərilərinə qəbul edirlər.