Əcnəbi tələbələr üçün yaddaş kitabçası

1. Əcnəbi tələbə (abituriyent) ölkə ərazisinə daxil olduğu tarixdən 10 gün müddətində olduğu yer üzrə qeydiyyata alınmalıdır.

2. Əcnəbi tələbə yalnız pasport qeydiyyatına alındığı ünvanda yaşamalıdır.

3. Qiyabi təhsil formasında təhsil alan əcnəbi tələbə ildə 2 dəfə, hər birində 20 gün imtahan sessiyasında olmalı və həmin müddətdə ölkə ərazisinə daxil olduğu tarixdən 3 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır.

4. Əcnəbi tələbə qeydiyyatda olduğu yaşayış yerini dəyişdiyi halda, bu barədə dərhal Dövlət Miqrasiya Xidmətinə və universitetə məlumat verməlidir.

5. Əcnəbi tələbə şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə, icazə vəsiqəsi itirildikdə, bu barədə 10 iş günü müddətində Dövlət Miqrasiya Xidmətinə məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidir.

6. Əyani təhsil formasında təhsil alan əcnəbi tələbə oxuduğu müddətdə heç bir müəssisədə işləyə bilməz, əks halda müvafiq qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb oluna bilər.

7. Əcnəbi tələbəyə Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi Təhsil Nazirliyinin müvafiq məktubu Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra verilir.