Dövlət sifarişli ixtisaslar və təqaüdlər

Azərbaycan Dövlət Aqrar Universitetində aşağıdakı ixtisaslara qəbul yalnız dövlət sifarişi ilə həyata keçirilir və ödəniş tələb olunmur:

  • Meliorasiya və su təsərrrüfatı tikintisi mühəndisliyi;
  • Torpaqşünaslıq və aqrokimya;
  • Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
  • Meşəçilik;
  • Aqronomluq;
  • Zootexniklik;
  • Aqromühəndislik;
  • Ekologiya;
  • Baytarlıq;
  • Su bioehtiyatları və akva bitkilər;
  • Əczaçılıq.

Qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbələr təqaüdlə təmin olunurlar.

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin 11 sentyabr 2015-ci il tarixli 93 nömrəli əmrinə əsasən kənd təsərrüfatı sahələrində daha çox ehtiyac duyulan ixtisaslara gənclərdə marağın artırılması məqsədilə 2015-ci ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında universitetin bakalavriat pilləsinə qəbul edilmiş tələbələrə aldıqları təqaüddən əlavə Universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına ayda 100 (yüz) manat ödənilir. Bundan başqa, 2015/2016-cı tədris ilində universitetə müvafiq olaraq 674 və 672 bal toplamış 2 tələbəyə aldıqları təqaüddən əlavə xüsusi (büdcədənkənar) vəsaitlər hesabına ayda 100 (yüz) manat, 500-600 arasında bal toplayan tələbələrə isə 50 (əlli) manat məbləğində təqaüd ödənilir.