Aqronomluq fakültəsi

Ümumi əkinçilik, genetika və seleksiya

Kafedra müdiri: ADAU-nun prof. Aynur HƏSƏNOVA

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 208

Tel. (+994 22) 266-28-03

E-mail: info@adau.edu.az

Ümumi əkinçilik kafedrası 1920-ci ildə Bakı Politexnik İnstitutunun Kənd Təsərrüfatı fakültəsinin nəzdində yaradılaraq, 1929-ci ildən həmin fakültənin bazasında yaradılan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun strukturunda həmin ad altında fəaliyyətini davam etdirmişdir. Universitetin 15 iyul 2009-cu il tarixli 481 nömrəli “ADAU-da struktur dəyişikliyi barədə əmrinə əsasən “Ümumi əkinçilik, genetika və seleksiya” kafedrası adlandırılmışdır.

Vaxtilə kafedrada çalışmış görkəmli alimlər: Akademik V.X.Tutayuk, akademik Ə.M.Quliyev,  akademik Ə. O. Orucov, professor İ.N.Malov, professor F.İ.Məmmədov,  professor N.Ə.Səfərov, professor X.O.Güləhmədov, professor F.H.Axundov, dosent M.R.Qulubəyov, dosent İ.N.Hüseynov, dosent Q.M.Nəbiyev, dosent  C.H.Cəlilov, dosent S.M.Mustafayeva, dosent S.Ə.Quliyev və başqaları.

Kafedranın maddi-texniki bazası: Ümumi əkinçilik, genetika və seleksiya kafedrasında  326 saylı professor Faiq Məmmədov və 322 saylı akademik İmam Mustafayev adına  mühazirə otaqları, 100 saylı  “Toxumçuluq” laboratoriyası, 1 “Taxıl və paxlalılar” elmi-tədqiqat laboratoriyası, 1 sahəvi laboratoriya, 4 laboratoriya otağı, kompyuterlər, proyektorlar mövcuddur.

Mütəxəssis hazırlığı aparılan ixtisasları: Kafedra respublikada yüksək səviyyəli aqronom kadrların hazırlanmasına xidmət edir. Magistratura səviyyəsində “bitkilərin toxumçuluğu” “bitkilərin genetikası”, “bitkilərin seleksiyası”, aqrobiotexnologiya, doktorantura səviyyəsində “ümumi əkinçilik”, “seleksiya və toxumçuluq”, “genetika” ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Kafedranın elmi istiqaməti: “Torpaqlardan səmərəli istifadə olunmaqla, aqrotexnoloji tədbirlər kompleksi zəminində kənd təsərrüfatı bitkilərindən yüksək ekoloji təmiz məhsulların alınması və torpağın aqrofiziki xüsusiyət­lə­ri­nin yaxşılaşdırılması” mövzusunda aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılmışdır: ekoloji əkinçilik zəminində payızlıq buğdanın mütərəqqi becərmə texnologiyası və təmiz torpaq münbitliyinin optimallaşdırılması yolları; Qarabağ bölgəsi şəraitində kövşənlikdə qarışıq səpinlərin gübrə normalarının və suvarmaların sayını optimallaşdırılmasının məhsuldarlığa, keyfiyyətə və torpaq münbitliyinin bərpasını təsiri; qısa rotasiyalı pambıq növləri əkinlərində ekoloji-təmiz məhsul istehsalı texnologiyası; kompleks aqrotexniki tədbirlərin pambıq sortlarının məhsuldarlığına, toxum keyfiyyətinə və lifin texnoloji göstəricilərinə təsiri; payızlıq dənli bitkilərin yeni formalarının toplanması və öyrənilməsi.

Taxıl və paxlalı bitkilər laboratoriyası Laboratoriya əməkdaşları tərəfindən alınmış “ADAU-80” qarğıdalı sortu müvəffəqiyyətlə rayonlaşdırılmış və müəlliflərə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən 00138 saylı patent və müəlliflik şəhadətnaməsi verilmiş və Dövlət Reyestrinə daxil edilmişdir. Hesabat ilində  14 fermer təsərrüfatında yeni yaradılmış qarğıdalı sortunun toxumu artırılmışdır.

Laboratoriya əməkdaşları tərəfindən yeni yaradılmış “Məhsuldar” qarğıdalı sortu üzərində tədqiqat işləri yekunlaşdırılmış və o Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir. Komissiyanın qərarına əsasən həmin sortun toxum nümunələri Zaqatala SSM, Qusar taxıl SSM,  Qusar meyvə SSM -ə göndərilmiş və orada müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.

“Gəncə” qarğıdalı sortu üzərində seleksiya işləri tamamlanmış, təsərrüfat sort sınağından keçirilmiş və o müvəffəqiyyətlə rayonlaşdırılmış və müəlliflərə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən 00170 saylı patent və müəlliflik şəhadətnaməsi verilmiş və o 15 avqust 2014-ci il tarixdə Dövlət reyestrinə salınmışdır.  Komissiyanın qərarına əsasən həmin sortun toxum nümunələri Zaqatala SSM, Qusar taxıl SSM,  Qusar meyvə SSM -ə göndərilmiş və orada müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. Laboratoriyanın təcrübə sahəsində səpini aparılaraq fenoloji müşahidələr aparılmışdır.

Respublikada kövşənlik əkinlərdə becərilmə məqsədilə qısa vegetasiyalı qarğıdalı sort və hibridlərinə böyük tələbat vardır. Laboratoriya əməkdaşları bunu nəzərə alaraq toplanmış material üzərində müşahidələr aparmış, ən qısa vegetasiyalı iki formanı çarpazlaşdıraraq, alçaqboylu, qısa vegetasiyalı qarğıdalı hibridi almışlar. 

Laboratoriya əməkdaşları tərəfindən alınmış, müvəffəqiyyətlə rayonlaşdırılmış, müəlliflərə patent və müəlliflik şəhadətnaməsi verilərək və Dövlət Reyestrinə daxil edilmiş “Nurcahan” yumşaq buğda sortunun,  “ADAU-80”, “Gəncə”, “Məhsuldar”  qarğıdalı, “Qismət” tritikale sortlarının, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim olunmuş  “Qırmızı buğda 1”, və “ADAU-100” buğda sortlarının toxum fondunun yaradılması istiqamətində geniş tədqiqat işləri aparılmışdır.

Respublikada kövşənlik əkinlərdə becərilmə məqsədilə qısa vegetasiyalı qarğıdalı sort və hibridlərinə böyük tələbat vardır. Laboratoriya əməkdaşları bunu nəzərə alaraq toplanmış material üzərində müşahidələr aparmış, ən qısa vegetasiyalı iki formanın təmiz xətlərini çarpazlaşdıraraq, alçaqboylu, qısa vegetasiyalı qarğıdalı hibridi almışlar.

Tədqiqatın gedişində seleksiya sort sınagından müvəffəqiyyətlə keçmiş formaların seleksiyada istifadəsi və onların toxumçulugunun təşkili məqsədinə nail olmaq üçün seçilmiş sortlar laboratoriyanın təcrübə sahəsində sınaqdan keçirilərək, onların üzərində fenoloji müşahidələr, bitki və sünbül analizləri aparılmışdır. Bununla yanaşı bu bitkilərin toxumçuluğunun təşkili istiqamətində məsləhətlər tədqiqat hesabatında geniş qeyd edilmişdir.

Yeni sortlar yaratmaq, yeni rayonlaşdırılmış sortların dən məhsuldarlığını öyrənmək, toxumçuluğunu təşkil etmək və aprobasiyanın aparılma metodikasının işləmək, taxıl bitkilərinin genefond nümunələrini araşdırımaq yenilikdir.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qərarına əsasən 2020-ci ilin sınağı üçün “Qismət” tritikale sortunun, “Qırmızı buğda 1”, “Nurcahan” və “ADAU-100” yumşaq buğda sortlarının toxum nümunələri İsmayıllı SSM, Salyan SSM, Gədəbəy SSM, Zaqatala SSM, Ağdam SSM, Qusar taxıl SSM, və Xaçmaz SSM, göndərilmişdir.

Adları qeyd olunan tədqiqat işlərinin nəticələri ümumiləşdirilərək müqayisəli təhlillər əsasında təkliflər verilmişdir.

Biz hesab edirik ki, alınmış nəticələrin dəyərliliyi tədqiqat işinin perspektivliyindən xəbər verir və bu istiqamətdə aparılan tədqiqat işinin davam etdirilməsinə zəmin yaradır, kolleksiya pitomnikinin yaradılması, mövcud olan formaların əkib becərilməklə öyərnilməsi, qorunub saxlanılması, sınağı vacib və aktualdır.