Aqronomluq fakültəsi

Torpaqşünaslıq və aqrokimya kafedrasında mütamadi olaraq ustad və açıq dərslər təşkil olunur

ADAU-nun Torpaqşünaslıq və aqrokimya kafedrasında mütamadi olaraq professorların və kənd təsərrüfatı mütəxəssislərinin ustad, kafedra əməkdaşlarının isə açıq dərsləri təşkil olunur. Belə növbəti açıq  dərslərdən biri gənc müəllimə Esmira Hüseynzadənin 112a  qrupuna “Torpaqda humusun təyini” mövzusunda apardığı  laboratoriya məşğələsi dinləyici auditoriyası tərəfindən maraqla qarşılandı. Müəllimə laboratoriya işini həm nəzəri həm də praktiki olaraq tələbələrə çatdıra bildi. Antik filosofu Demokritin təbirincə desək “Öyrənməsən nə yaradıcılığa nə müdrikliyə nail olmaq olmaz”