Aqronomluq fakültəsi

Aqronomluq fakültəsində professor Ralf Lopianın «Beynəlxalq Bitki Mühafizəsi ili 2020» mövzusunda təqdimatı olub

                30 noyabr 2016-cı il tarixində aqronomluq fakültəsinin 103 saylı auditoriyasında «Kənd təsərrüfatının rəqabət qabiliyyətliliyinin gücləndirilməsi layihəsi» çərçivəsində bitki sağlamlığı və fitosanitar sistemin inkişaf etdirilməsi subkomponentinin Dünya Bankı üzrə missiyası faklütəmizdə bitkiçilik və bitki mühafizəsi kafederasının əməkdaşları , magistr və bakalavr tələbələri ilə görüşü keçirilmişdir.
Görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının fitosanitariya üzrə mütəxəssisi, professor Ralf Lopianın «Beynəlxalq Bitki Mühafizəsi ili 2020» mövzusunda təqdimatı olmuş , mövzuya aid müzakirələr aparılmışdır.