Aqronomluq fakültəsi

ADAU-da ustad dərsləri yenidən başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetində  ustad dərslərinə yenidən start verilib.  ABŞ-ın İllinoys Universitetinin professoru, ADAU-nun fəxri doktoru Mohammad Babadoost tərəfindən nəzəri və praktiki formada keçirilən dərslərdə Aqranomluq fakültəsinin tələbələri, magistrlar, gənc müəllimlər, dosent və professorlar iştirak edib.

 Aqronomluq fakültəsinin 315 saylı auditoriyasında keçirilib. Statistik dərs adlanan mzakirələr müddətində professor tədrisin, tədqiqatın və istehsalatın birliyinin əhəmiyyətindən danışıb və bunların da əsasını statistikanı təşkil etdiyini bildirib.  Mohammad Babadoost 10 ildir Gəncədə yerləşən ADAU ilə əlaqəsinin qarşılıqlı əməkdaşlıq şəraitində verdiyi daha yaxşı səmərəsindən, bu universitetin kadrlarının ABŞ da keçdiyi təcrübələrdən də söhbət açıb.

Dərs maraqla dinlənilib, diskusiya şəklində qurulub. Sahələr üzrə suallara ətraflı və elmi cavablar verilib.