Aqrobiznes və idarəetmə fakültəsi

Rektor, professor İbrahim Cəfərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Cəfərov İbrahim Həsən oğlu kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Bundan başqa, aqrar təhsilin inkişafında xidmətlərinə görə aqronomluq fakültəsinin dekanı, dosent İsmayılov Məhərrəm Musa oğlu və bağçılıq kafedrasının müdiri, dosent İdrisov Hüseyn Əkbər oğlu “Əməkdar müəllim” fəxri adına layiq görülmüşlər.

 

 

http://president.az/articles/21599

http://president.az/articles/21600