Aqrobiznes və idarəetmə fakültəsi

Gəncədə Ulu Öndər ehtiramla anılıb

Heydər Əliyev sözün əsl mənasında, vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azəbaycanın yaradıcısı, qurucusu oldu. Ulu öndərin siyasi xətti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Anım tədbirində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə dahi şəxsiyyətin şərəfli həyat yoluna nəzər salınıb. Bildirilib ki, Heydər Əliyev artıq 13 ildir cismən Azərbaycan xalqından ayrılıb, lakin mənən bizimlədir və əbədi olaraq da bizimlə qalacaq.

Mərasimdə Gəncə şəhər İcra Hakimiyyəti nin başçısı Elmar Vəliyev, rəsmi şəxslər və Gəncə sakinləri Heydər Əliyevin Gəncənin Baş meydanındakı abidəsini ziyarət ediblər. İcra başçısı Elmar Vəliyev və rəsmilər ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub dahi şəxsiyyətin ruhuna ehtiramlarını ifadə ediblər. Şəhərin Baş meydanında quraşdırılan böyük monitorda dünya şöhrətli siyasətçinin həyatından bəhs edən film nümayiş etdirilib.

Mərasimdə  kollektivlər, şəhər sakinləri ulu öndərin abidəsini ziyarət ediblər və xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzüblər. Dünya şöhrətli siaysətçinin abidəsini ziyarət gunorta saatlarına qədər davam edib.

    

 

 

http://www.ganjanews.az/2016/12/12/c%C9%99miyy%C9%99t/g%C9%99nc%C9%99d%C9%99-ulu-%C3%B6nd%C9%99r-ehtiramla-an%C4%B1l%C4%B1b.html