Aqrobiznes və idarəetmə fakültəsi

ADAU-nun tələbə yataqxanasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestrinin konserti olub

      22 dekabr 2016-cı il tarixində  ADAU-nun tələbə yataqxanasında bədii rəhbər Rəfael Bayramovun dirijorluğu ilə Firkrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestrinin konserti olub. Konsertdə Azərbaycan Respublikasının əməkdar artistləri Sevinc İbrahimova,  Kəmalə Tağızadə və Mahir Məmmədov Azərbaycan bəstəkarlarının əsərlərini və mahnılarını ifa ediblər. Konsertin sonunda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək orkestrə, onun bədii rəhbərinə dərin təşəkkürünü bildirərək 17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışında iştirak etdiyi, müasir standartlarına tam cavab verən, 520 tələbənin yaşadığı gözəl kompleksdə asudə vaxtın səmərəli təşkili məqsədilə bu kimi tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.