Aqrar iqtisadiyyat fakültəsi

Aqrar sahənin iqtisadiyyatı

Kafedra müdiri: dosent Raminə Mustafayeva

Ünvan: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 64

Tel: (+994 22) 268-94-21

E-mail: info@adau.edu.az

1959-cu ildə Sosialist kənd təsərrüfa­tı­nın iqtisadiyyatı kafedrası  adı ilə yaradılmışdır,  2009-cu ildən  Aqrar siyasət və dünya iqtisadiyyatı, 2016-cı ildən Aqrar sahənin iqtisadiyyatı kafedrası adla­nır. Kafedrada bakalavriat səviyyəsində  050404 - iqtisadiyyat  ixtisası üzrə azərbaycan, rus, ingilis dillərində, magistratura səviyyəsində 060404 - aqrar sahənin iqtisadiyyatı  ixtisaslaşması  üzrə azərbaycan və rus dillərində kadr hazırlığı aparılır.

Vaxtilə kafedrada çalışmış alimlər: Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının üzvü, iqtisad elmləri doktoru, professor Aydın Məmmədov,  professor Dilqəm Məhərrəmov, dosent Hacı Həsənov, dosent Vaqif Məmmədov, dosent Firuddin Ələkbərov və başqaları.

Kafedranın elmi istiqaməti:  Aqrar sahədə kooperasiyalaşmanın iqtisadi mexanizmi və onun  təkmilləşdirilməsi (2018-2020-ci il).

Kafedra AMEA-nın İqtisadiyyat İnstititu, AMEA-nın Gəncə Elm Mərkəzi, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Texnologiya Universiteti, AETKTİ və Təşkili İnstitutunun müvafiq kafedra və şöbələri iıə elmi əməkdaşlıq edir.

Kafedranın maddi-texniki bazası: Kafedraya təhkim olunmuş auditoriyalarda  32 kompyuter dəsti, 4 proyektor və internetlə təmin olunmuşdur.

Professor-müəllim, laborant heyəti: