Valideynlərlə növbəti görüş aqrotexnologiya fakültəsində olub

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Aqrotexnologiya fakültəsində təhsil alan tələbələrin də valideyinləri ilə görüş keçirib.
ADAU-nun mətbuat xidmətinin xəbərində bildirilib ki, silsilə xarakterli bu görüşlər ilk olaraq tələbənin təhsil aldığı universitet barədə valideyinlərin təəssüratını daha da gücləndirib, övladları üçün yaradılan şəraitlə tanışlıq imkanını genişləndirib. Təhsil müəssisəsinin kollektivi ilə valideyinlərin bir araya gəlməsi əslində tədrisin daha səmərəli nəticələnməsinə şərait yaradıb. Valideyinlərin təklifləri dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb. Görüşdədə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib, yaradılan təhsil bazası ilə bağlı ətraflı məlumat verib. Eyni zamanda valideyinləri dinləyib, təkliflər universitetin müvafiq qurumlarının rəhbərləri tərəfindən qeyd edilib. Rektor İbrahim Cəfərov valideynlərlə görüşdə onu da deyib ki, dövlət aqrar sahə üçün kadr hazırlığına xüsusi önəm verir. Bütün tədris korpusları ən zəruri avadanlıqlarla təmin edilib, yenidən qurulub. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflıq əsas meyar kimi diqqətdə saxlanılıb. Yüksək balla qəbul olan və əlaçı tələbərə əlavə stimullaşdırıcı təqaüdlər verilib. 
Açıq və səmimi müzakirə şəraitində keçən görüşdən valideynlər razı qalıb.