TGT "28 ildir unutmuruq!" adlı aksiya keçirib

Bu gün Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının fəal tələbə üzvləri 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq "28 ildir unutmuruq!" adlı aksiya keçirib.

Gəncə şəhərində keçirilən aksiya çərçivəsində tələbə-gənclər şəhərin müəyyən edilmiş mərkəzi hissələrində 20 Yanvar faciəsinə həsr olunmuş, içərisində faciə haqqında məlumatlar olan materialları özündə əks etdirən braşuraları yüzlərlə şəhər sakininə paylayıblar.

Aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından şəhər sakinlərinə,əsasən də gənc nəsilə 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 28 il əvvəl baş vermiş faciəni unutmamaq,unutdurmamaqdan ibarətdir.