Samara Dövlət Nəqliyyat Universiteti İKT üzrə ADAU əməkdaşları üçün vebinar keçirmişdir

               20 aprel 2017-ci tarixində ADAU-da Samara Dövlət Nəqliyyat Universitetində "1S: Universitet PROF" proqramının tətbiqi təcrübəsi mövzusunda istifadəçilər və tərəfdaşlar üçün ADAU-nun İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin təşkilatçılığı ilə vebinar keçirilmişdir. Vebinarda İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin əməkdaşları, Kadrlar şöbəsinin əməkdaşları, fakültələrin tyutor və dispetçerləri iştirak etmişdir. Vebinarda "1S: Universitet PROF” proqramında vətəndaşların qəbulunun təşkili, davamiyyətin yoxlanılması və hesabat sənədlərinin tərtibi, tələbə yataqxanasının idarəedilməsi, kontingent üzrə əmrlərin işlənməsi və ali təhsil haqqında sənədlərin çapı üzə təlim keçirilmişdir.