“Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” mövzusunda xarici dillərdə konfransı keçirilib

14 aprel 2017-ci il tarixindı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi-nəzəri konfransı keçirilib.

Inzibati binanın akt zalında keçirilən konfransı giriş nitqi ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq qeyd edib ki, hər il xarici dillərdə konfrans keçirilir və dil bilikləri bu günün kadrları üçün əsas amildir. Bu baxımdan ölkədə, eləcə də universitetdə kifayət qədər işlər görülüb, xarici dilləri daha mükəmməl öyrənmək üçün pulsuz xarici dil kursları açılıb. Bununla yanaşı dünya universitetləri ilə vaxtaşırı vebinarlar-telekörpülər keçirilir. Tələbələrimiz tez-tez xarici ölkələrdə təcrübədə olur və ya təhsillərini orada davam etdirir.

Xarici dildə keçirilən bu konfrans bir daha tələbələrin xarici dillərdə fikirlərini sərbəst və əhatəli şəkildə ifadə etmək meydanı yaradıb.

Konfrans günün ikinci yarısında təhsil müəssisəsinin tədris korpuslarında davam etdirilib. 

Konfransın plenar iclasda 11 nəfər tələbənin   çıxışı olub. Tədris korpuslarında isə digər  konfrans iştirakçılarının məruzələri dinlənilib. Məruzəçi tələbələrə sertifikat və mükafatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, konfransa ADAU-dan 189, GDU-dan 28, ATU-dan isə 29 tələbə qatılıb.

http://adau.edu.az/bulletin-board/multikulturalizm-azerbaycan-xalqinin-heyat-terzidir