“Heyvanlarda biotexnologiyanın aspektləri” mövzusunda telekörpü-vebinar keçirilmişdir

   2017-ci ilin 31 yanvar 03 fevral tarixlərində Qazaxıstan Milli Aqrar Universitetinin təşkilatçılığı ilə MDB ölkələrinin aparıcı aqrar universitetlərinin heyvandarlıq sahəsi üzrə alim və mütəxəssisləri üçün  “Heyvanlarda biotexnologiyanın aspektləri” mövzusunda telekörpü-vebinar keçirilmişdir. ADAU əməkdaşları üçün aqronomluq fakültəsində, professor F.Şərifov adına auditoriyada təşkil olunan vebinarda universitetin baytarlıq təbabəti və zoomühəndsilik fakültəsinin aparıcı alim və mütəxəssisləri iştirak edərək, heyvanlarda bitexnologiyanın aspektlərinə dair maraqlı maraqlı müzakirələr aparıblar. Vebinarda MDB ölkələrinin 8 aqrar universitetinin əməkdaşları iştirak edib və sonda iştirakçılara sertifikatlar təqdim olunub.