Azərbaycan Tibb Universitetinin əməkdaşları universitetdə mühazirələr aparırlar

           Azərbaycan Tibb Universitetinin Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Vəliyeva Məhbubə Nəbi qızı və Əczaçılıq kimyası kafedrasının dosenti İsgəndərov Vaqif  Hüseyn oğlu 12 aprel 2017-ci il tarixindən başlayaraq ADAU-nun baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin “əczaçılıq” ixisasının tələbələri üçün mühazirələr aparırlar. Mühazirələrdə  əczaçılıq sahəsində aktual mühazirələr dinlənilir.  Universitetin maddi-texniki bazası ilə yaxından tanış olan qonaqlar burada digər ixtisaslarla yanaşı,“əczaçılıq” ixtisası üzrə kadr hazırlığının müasir tələblərə uyğun həyata keçirilməsinə geniş imkanların olduğunu və qeyd olunan istiqamətdə hər iki ali təhsil müəssisəsi ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd ediblər.